 | Mühasibat üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri) | 1). BAŞ MÜHASİB
Sahə: Mühasibatlıq
Vəzifə borcu:
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat ucotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim etdirilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir. • Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini; • Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları əməliyyatlarının uçotunu təşkil edir. • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir. • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir. • Ştat, maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsi qanununun təmin edilməsi işlərini görür. • Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirilməsinə nəzarət edir. • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
Bilməlidir: • Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkili, hesabatının tərtibi və müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını; • Müəssisənin strukturunu, onun perspektiv inkişafını; • Mühasibat uçotunun müəssisələrdə təşkilinin təlimat və müddəalarını; • Maliyyə hesablarının forma və qaydalarını; • Debitor və kreditorlarla hesablaşma qaydalarını; • Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydasını və müddətini; • Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın mühafizənin norma və qaydalarını .
Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil • 3 ildən az olmayaraq iş stajı • Mühasibat sahəsində təcrübə • Vergi və Əmək Məcəlləsi üzrə biliklər • 1C Mühasibat, BTP, MS Office • Azərbaycan, Rus, İngilis dilləri • Vergi və digər hesabatların sərbəst hazırlanması • Bank ödəniş tapşırığlarının hazırlanması • Şəkilli CV
Bu vəzifəyə iddialıyam
2). MÜHASİB
Sahə: Mühasibatlıq
Vəzifə borcu:
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin ,istehsala cəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükcçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçməsində iştirak edir. • Əvvəlki sənədlərin hesab sahələrinə emala hazırlayır. • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatlarını mühasibat hesabında əks etdirir. • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. • İtkinin əmələkəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təklif hazırlayır. • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsatlərinin ayrılmasını, vergilər, ödənişlərin, eləcə də iqtisadi maraqlandırma fonduna və digər fondlara vəsaitin köcürülməsini həyata keçirir. • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət reciminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərdibində, eləcə də pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hesablanması və ödənilmə öhdəçiliklərinin inventarizasiyanın aparılmasında iştirak edir. • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
Bilməlidir: • Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; • Müəssisədə mühasibat hesabının metod və formalarını; • Uçot və hesabatı; • Hesabatların plan və korrespondensiyasını; • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; • Sənədlərin rəsmiləşdiliməsi , təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydasını; • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodunu; • Hesablama texnikasının istismarı qaydasını; • İqtisadiyyatın, istehsalat, əmək və idarəetmənin təşkilinin əsaslarını; • Daxili əmək intizamı qaydalarını; • Əmək qanunvericiliyinin əsaslarını; • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizəsinin norma və qydalarını.
Kvalifikasiya tələbləri: • Müvafiq sahədə ali təhsil • Kompüter bilikləri • Azərbaycan, Rus və (qismən) İngilis dili • 3 ildən az olmayaraq iş stajı • Şəkilli CV
Bu vəzifəyə iddialıyam
|
|
|