az ru en 
 
<< Əvvəlki Səhifə
Keyfiyyət və Analiz ürə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). KEYFİYYƏT üzrə MÜTƏXƏSSİS.

Vəzifəsi: Keyfiyyət üzrə mütəxəssis

Sahə: laboratoriya

Vəzifə borcu:

• Müəssisənin buraxdığı məhsulların keyfiyyətinə nəzarətin aparılmasını, standart və texniki şərtlərin nümunələrlə və texniki sənədlərlə təsdiq edilmiş tələblərinə, göndərmə və müqavilələrin şərtlərinə uyğun olaraq işərin yerinə yetirilməsi üzrə, həmçinin istehsalat intizamının möhkəmləndirilməsi, məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlər təşkil edir.
• Müəssisəyə daxil olan ehtiyatların yoxlanmasını, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını, həmçinin istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun istehlakçılara göndərilənə qədər müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə əməliyyat nəzarətini təmin edir.
• Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə, keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılımasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqinin, bu məqsədlər üçün xüsusi vasitələrin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və keçirilməsinə rəhbərlik edir.
• Brak, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması işini təşkil edir.

Bilməlidir:
• Məhsulun keyfiyyətinin idarə edilməsi üzrə metodiki və digər normativ sənədləri.
• Məhsulun keyfiyyətinə dövlət nəzarəti, idarə nəzarəti sistemini.
• Məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması metodlarını; müəssisənin məhsulunun istehsal texnoloqiyasını.
• Sahənin qüvvədə olan standart və texniki şərtlərini.
• Keyfiyyət üzrə menecerin fəaliyyət dairəsinə daxil olan vəzifələr üzrə, rəhbərliyin birdəfəlik xidməti tapşırıqlarını, sərəncam və göstərişlərini yerinə yetirməlidir.
. • Əməyin mühafizəsi, texniki təhlükəsizik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə
qayda və normalarını.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 3 ildən az olmayaraq iş stajı
• İstehsal sahəsinin keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
• Vəzifə borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir.
• Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri.
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

2). LABORATORİYA MÜDİRİ.

Vəzifəsi: Laboratoriya müdiri

Sahə: Laboratoriya

Vəzifə borcu:

• laboratoriya işcilərinin işinə rəhbərlik edir;
• Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir.
• İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir.
• Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır.
• Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir;
• Cihazların göstəricilərini,təhlilin nəticələrini işçi jurnalında qeyd edir.
• Metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrini emal edir,sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır.
• Müəssisə,idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşməsində və tərtib olunmasında iştirak edir.

Bilməlidir:
• Rəhbər, normativ və sorğu materiallarını, analiz və başqa növ tədqiqatların aparılma metodlarını, texniki sənədlərin işlənib hazirlanmasını, qüvvədə olan standartları, onların rəsmiləşdirilməsi qaydasını; laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını, onların istismar qaydasını;
• İqtisadiyyatın əmək və istehsalın təşkilinin əsaslarını;əməyin mühafizəsi, təhlükəsizlik texnikası,istehsalat sanitariyası və yanğına qarşı müdafiənin norma və qaydalarını.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 5 ildən az olmayaraq iş stajı
• Laboratoriya sahəsində iş təcrübəsi;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

3). LABORANT.

Vəzifəsi: Laborant

Sahə: Laboratoriya

Vəzifə borcu:

• İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir.
• Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir
• Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır.
• Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir;
• Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir.
• Metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrini emal edir,sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır.
• Müəssisə,idarə və təşkilatların bölmələri tərəfindən görülən işlərin texniki sənədlərinin rəsmiləşməsində və tərtib olunmasında iştirak edir.

Bilməlidir:
• Rəhbər, normativ və sorğu materiallarını, analiz və başqa növ tədqiqatların aparılma metodlarını, texniki sənədlərin işlənib hazirlanmasını, qüvvədə olan standartları, onların rəsmiləşdirilməsi qaydasını; laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını, onların istismar qaydasını;
• İqtisadiyyatın əmək və istehsalın təşkilinin əsaslarını;əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı müdafiənin norma və qaydalarını.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 1 ildən az olmayaraq əmək stajı;
• Laboratoriya sahəsində iş təcrübəsi;
• İşinə məsuliyyətli yanaşan ;
• Gərgin iş rejimində işləmək qabiliyyətli
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

4). KİMYƏVİ TƏHLİL üzrə MÜTƏXƏSSİS.

Vəzifəsi: Kimyəvi təhlil üzrə mütəxəssis

Sahə: Laboratoriya

Vəzifə borcu:

• Suyun, yeyinti məhsullarının, xammalın,yarımfabrikatların və hazır məhsulların təsdiq olunmuş metodikalar üzrə müxtəlif kimyəvi-bakterioloci analizlərinin aparılması.
• Turşuluğun, yağlı karbonlu maddələrin, duzların sıxlığının və i.a., kapillayrlığın, xlorlu, sulfatturşulu və kalsium duzlarının olmasının, yağlı və mumaoxşar maddələrin və s. olmasının müəyyənləşdilirməsi.
• Nəzarət-uçot qeydlərin aparılması.
• Nikel, kobalt, titan və niobiy əsasında olan ərintilərin cihaz və aparatlar tətbiq etməklə təyin olunmuş metodikalar üzrə ən mürəkkəb analizlərinin aparılması.
• Kimyəvi analizlər üçün yeni metodikaların işlənib hazırlanmasında iştirak.
• Mürəkkəb arbitrac analizlərinin aparılması.
• Qeyristandart analizlərin nəticələrinin metroloci qiymətləndirilməsi.
• Dövlət standartı ilə tövsiyə edilmiş metodikaların aprobasiyası.
• Xidmət olunan avadanlığın sazlanması.

Bilməlidir:
• Gördüyü iş həcmində kimyanın və bakteriologiyanın əsaslarını;
• laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını, onların istismar qaydasını; iqtisadiyyatın əmək və istehsalın təşkilinin əsaslarını; əməyin ühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı müdafiənin norma və qaydalarını.
• Tətbiq olunan cihazlardan və aparatlardan istifadə qaydalarını və konstruksiyasını;
• Ümumi,analitik və fiziki kimyanın əsaslarını;
• Fiziki-kimyəvi analiz metodlarını;
• Analizin keçirilmə metodikasının işlənib hazırlanma və seçmə əsaslarını;
• Nəcib metalların bölünmə və müəyyənləşdirmə üsullarını;
• Radioaktiv elementlərin xassələrini və onlarla işləmə qaydalarını.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 3 ildən az olmayaraq iş stajı
• Şəkilli CV
• Xüsusi laborator avadanlığın kalibrovkası üzrə tədris kursu;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

5). SÜDÜN QƏBULU üzrə APARATÇI

Vəzifə: Südün Qəbulu üzrə Aparatçı

Sahə: istehsalat sexi

Vəzifə borcu:

• Məhsulun çəki və say üzrə qəbulu, qəbul sexinin avadanlığın sazlığı və təmizliyinin yoxlanması, süd məhsulunun istehsal sahəsinə və ya saxlanmaya verilməsindən asılı olmyaraq turşuluq, kondisiya üzrə tədqiqatı.
• Şlanqın qoşulması və südün istehsal sexlərinə yenidən emal üçün çəkilib vurulması, məhsulun soyudulması və saxlanması və temperaturun tənzimlənməsi, daxil olan xammal barədə uçotun aparılması.

Bilməlidir.
• Xidmət göstərilən avadanlığın mexanizmini;
• Südün keyfiyyətinə qarşı irəli sürülən tələbləri;
• Süd məhsullarının saxlanma qaydalarını;
• Uçot və hesabat qaydalarını.
• Orta təhsili;
• Yerində təhsil kursu 3 aydan az olmayaraq.
• Texniki təhlükəsizlik və yanğından mühaifizə üzrə kurslar.

Kvalifikasiya tələbləri:
• Orta təhsili;
• 3 aydan az olmayaraq tədris kursu;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam
<< Əvvəlki Səhifə
 

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az