az ru en 
 
<< Əvvəlki Səhifə
Nəqliyyat və Daşınma üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). EKSPEDİSİYA MÜDİRİ.

Vəzifəsi: Ekspedisiya müdiri

Sahə: Təchizat və satış şöbəsi

Vəzifə borcu:

• Müəssisədə ekspedisiya işlərinə rəhbərlik edir.
• Daxil olan yüklərin, sənədlərin qəbulunu, emalını və təyin olunmuş yerlərə yola salınmasını və vaxtında çatdırılmasını təşkil edir.
• Ekspedisiya işçilərinin lazımı nəqliyyat vasitələri, mexaniki vasitələr, inventar və avadanlıqlarla təmin olunması və onlardan düzgün istifadə edilməsi üzrə tədbirlər görür.
• Yükləmə-boşaltma işinin aparılmasına, yüklərin qoyulub-yerləşdirilməsinə, qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.
• Ekspedisiya işçilərinə rəhbərlik edir.
• .Müşaiyətedici sənədlərə müvafiq olaraq taranın və əşyaların mövcudluğunun yoxlanılmasında iştirak edir, çatışmayan və xarab olan yüklər üzrə aktlar tərtib edir.
• Lazım olan mühafizə recimini və nəqletmədə yükün mühafizəsini təmin edir.

Bilməlidir:
• Ekspedisiyanın təşkili, kargüzarlıq üzrə qərarlar, cərəncamlar, əmrlər,metodiki, normativ və digər rəhbər sənədləri.
• Müəssisə strukturunu, korrespondensiyaların qəbulu və emalı, yükləmə və boşaltma işlərinin təşkili, yüklərin qəbul-təhvil qaydasını;
• Əsas yük təchizatlarının və anbarlarının ünvanlarını;
• Nəqliyyat tələbatının tətbiqi qaydasını;
• Yüklərin qəbulu və yola salınması üçün sənədləşmə, formalarını və onların rəsmiləşdirilmə qaydalarını;
• Daxili əmək intizamı qaydalarını;
• Əmək qanunvericiliyinin əsaslarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Kvalifikasiya tələbləri:
• Ali təhsili;
• 3 ildən az olmayaraq iş stajı
• İşinə məsuliyyətli yanaşan ;
• Gərgin iş rejimində işləmək qabiliyyətl
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

2). EKSPEDİTOR.


Vəzifəsi: Ekspeditor

Sahə: Ekspedisiya

Vəzifə borcu:

• Daxil olan yüklərin, sənədlərin qəbulunu, emalını və təyin olunmuş yerlərə yola salınmasını və vaxtında çatdırılmasını təşkil edir.
• Ekspedisiya işçilərinin lazımı nəqliyyat vasitələri, mexaniki vasitələr, inventar və avadanlıqlarla təmin olunması və onlardan düzgün istifadə edilməsi üzrə tədbirlər görür.
• Yükləmə-boşaltma işinin aparılmasına, yüklərin qoyulub-yerləşdirilməsinə, qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.
• .Müşaiyətedici sənədlərə müvafiq olaraq taranın və əşyaların mövcudluğunun yoxlanılmasında iştirak edir, çatışmayan və xarab olan yüklər üzrə aktlar tərtib edir.
• Lazım olan mühafizə recimini və nəqletmədə yükün mühafizəsini təmin edir.

Bilməlidir:
• Ekspedisiyanın təşkili, kargüzarlıq üzrə qərarlar, cərəncamlar, əmrlər,metodiki, normativ və digər rəhbər sənədləri.
• Müəssisə strukturunu, korrespondensiyaların qəbulu və emalı, yükləmə və boşaltma işlərinin təşkili, yüklərin qəbul-təhvil qaydasını;
• Əsas yük təchizatlarının və anbarlarının ünvanlarını;
• Nəqliyyat tələbatının tətbiqi qaydasını;
• Yüklərin qəbulu və yola salınması üçün sənədləşmə, formalarını və onların rəsmiləşdirilmə qaydalarını;
• Daxili əmək intizamı qaydalarını;
• Əmək qanunvericiliyinin əsaslarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Kvalifikasiya tələbləri:
• Orta ixtisas təhsili;
• Məsuliyyətli
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

3). AVTOMOBİL SÜRÜCÜSÜ.

Vəzifəsi: Avtomobil sürücüsü

Sahə: Təhcizat və satış şöbəsi

İşin xüsusiyyəti:

Yük götürmə gabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının,bütün növdən olan minik avtomobillərinin texniki təhlükəsizliyə riayət etməklə idarə olunması.Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan qabaq qəbulu,avtotəsərrüfata qayitdiqdan sonra maşının təhvil verilməsini və ona ayrılmış yerə qoyulması.Avtomobillərin yükləmə zamanı yük altına verilməsi,yüklərin yüklənib-boşaldılmasına,yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Yol sənədlərinin rəsmiləşdirilməsi.

Bilməlidir:
Xidmət edilən avtomobillərin dəzgah,mexanizm və cihazlarının təyinatı quruluşu,işləmə prinsipini,avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını,hərəkətin təhlükəsizliyinin əsaslarını,avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini,səbəblərini və təhlükəli nəticələrini,onların aşkar edilib düzəldilməsi üsullarını:texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda,açıq dayanacaqlarda mühafizəsi qaydalarını:akkumlyator batareyalarının və avtoşinlərin istismar qaydasını;təzə və kapital təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanılması,tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını;avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini,yol-nəqliyyət hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu

Kvalifikasiya tələbləri:
• Orta təhsil;
• Göstərilən kateqoriya üzrə sürücülük vəsiqəsi olması;
• Mütləq iş təcrübəsi
• Texnika təhlükəsizliyi və yanğın söndürmə qaydalarını bilməlidir.
• Məsuliyyətli, mədəni, ünsiyyətli.
• Azərbaycan və Rus dilini bilməli
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

4). TƏDARÜK üzrə AGENT.

Vəzifəsi : Tədarük üzrə agent

Sahə: Satış və təchizat üzrə şöbə

Vəzifə borcu:

• Əmr, ərizə və digər sənədlər üzrə maddi-əmtəə dəyərlərini (xammal, materiallar, avadanlıq, komplektləşdirici məmulatlar, avadanlıq, dəftərxana ləvazimatlarını və s.) alır.
• Alınan və göndərilən yüklər üçün sənədləri rəsmiləşdirir, onların daşınması üçün konteynerlər və nəqliyyat sifariş edir.
• Materialları plandan kənar alır.
• Maddi-əmtəə dəyərlərini müəssisənin ünvanına göndərir və ya yüklər gedərkən onları müşayiət edir və onların qorunmasını təmin edir, vaxtında çatdırılmasına kömək edir.
• Yükləmə-boşaltma işlərində texniki təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət edir.
• Maddi ehtiyatların əldə edilməsi, çatdırılması və saxlanması ilə bağlı xərclərin azaldılması yolu ilə onların istifadə edilməsinin iqtisadi effektivliyinin yüksəldilməsi planlarının həyata keçirilməsində iştirak edir.

Bilməlidir:
• Maddi-texniki təchizat və yukləmə-boşaltma işlərinin təşkilinin əsaslarını.
• Yüklərin qəbulu və göndərilməsi qaydalarını.
• Konteyner və nəqliyyat vasitələrinin sifarişini.
• Alınan və göndərilən yüklər üçün sənədlərin rəsmiləşdirilməsini.
• Xammal, material və digər maddi-əmtəə dəyərlərinin sərf edilməsi nomenklaturası və normalarını, onların saxlanması və nəql edilməsi şərtlərini.
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, isehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

Kvalifikasiya tələbləri:
• Ali təhsil
• Azərbaycan və Rus dili bilikləri
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

5). YARDIMÇI FƏHLƏ.

Vəzifə: Yardimci fəhlə

Sahə: istehsalat sexi

Vəzifə borcu:

• Lazımi yükün müəssisənin ərazisi üzrə daşınmasını təmin edir.
• Yükün daşınması üzrə qurğulara nəzarət edir və onlara görə cavab verir.
• Əməyin mühafizəsi, texniki təhükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini həyata keçirir.
• Yükün səliqə ilə soyuduculara yığıb yerləşdirilməsini təmin edir.
• əsas mədaxil-məxaric sənədlərinin təhvil verilməsndə iştirak edir.

Bilməlidir:
• Malın növlərini, ölçülərini, markalarını, çeşidlərini
• Malların anbarda saxlanması qaydaları
• Yükləmə-boşaltma işlərinin qaydaları
• Daxili əmək intizamı, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə qaydaları.

Kvalifikasiya tələbləri:
• Orta təhsili;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam
<< Əvvəlki Səhifə
 

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az