az ru en 
 
<< Əvvəlki Səhifə
Daxili xidmət və Kadrlar üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS .

Vəzifə: Kadrlar üzrə mütəxəssis

Sahə: Kadrlar şöbəsi

Vəzifə borcu :

• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən süəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətlərin verilməsi və s. İşləri yerinə yetirir;
• İşçilərin şəxsi işlərini aparır, formalaşdırır;
• Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
• Müəssisə, idarə və təşkilatların kadrlara olan tələbatı haqqında lazımı yerlərə məlumat verir;
• İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlayır, attestasiya komissiyalarına işində bilavasitə iştirak edir;
• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edir;
• Şəxsi işlərin arxivini aparır;
• Kadrlar üzrə hesabatların tərtib edilməsinə və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edir;
• İcraçı tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir;
• Kadrlar üzrə müfəttişlərin işinə rəhbərlik edir, istiqamətləndirir.

Bilməlidir:
• Müəssisədə kadr işləri əlaqədar əsasnamə, təminat və digər rəhbər sənədləri;
• Kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
• İşçilərin işə qəbulu və işdən çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi;
• Kadrların seçilməsi və düzgün yerləşdirilməsini;
• Əmək qanunvericiliyinin əsaslarını;
• Əmək kitabcalarının, şəxsi işlərin aparılması;
• Pensiyaların təyin edilməsi üzrə lazımı sənədlərin tərtib edilməsini;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariya və yanğının mühafizəsinin norma və qaydasını.

Kvalifikasiya tələbləri:
• Ali təhsil
• 3 il iş təcrübəsi
• Kompyuter biliyinə sahib olmalıdır
• Fasiləsiz öyrənmə bacarığı
• Tək və komandada işləmək bacarığı
• Şifahi və yazılı ünsiyyət bacarığı
• Yüksək Azərbaycan, Rus və qismən İngilis dili bilikləri
• Şəkilli CV


Bu vəzifəyə iddialıyam

2). REFERENT .


Vəzifəsi: Referent

Sahə: Qəbul otağı

Vəzifə borcu:

• Müəsisə rəhbərinin işinin təmin edilməsi və ona xidmət göstərilməsi üzrə texniki funksiyaları yerinə yetirir.
• Bölmələrdən rəhbərə lazım olan məlumatları alır, onun tapşırığı ilə işçiləri çağırır.
• Rəhbərin telefon danışıqlarını təşkil edir, telefon xəbərlərini qəbul edir və onları çatdırır, rəhbər olmadıqda qəbul edilmiş xəbərləri qeyd edir və onların məzmununu rəhbərin nəzərinə çatdırır.
• Rəhbərin keçirdiyi iclas və müşavirələrin hazırlanması üzrə işi (lazımi materialların toplanması, iştirakçıların vaxt, yer və gündəlik barədə xəbərdar edilməsi) həyata keçirir, protokollar tərtib edir və rəsmiləşdirir.
• Rəhbərin iş yerini dəftərxana ləvazimatları, təşkilati texnika vasitələri ilə təmin edir, effektiv işə kömək edən şərait yaradır
• Məlumatı çatdırır və qəbul edir, rəhbərin göstərişi ilə çap etdirir.
• Kargüzarlığı aparır, daxil olan məlumatları qəbul edir, qəbul edilmiş qaydaya müvafiq olaraq onun sistemləşdirilməsini həyata keçirir və rəhbər tərəfindən baxıldıqdan sonra onu bölmələrə çatdırır.
• Rəhbərin imza etməsi üçün verilən sənədləri və işçilərin şəxsi ərizələrini qəbul edir.
• Müştərilərə nəzakət və diqqət göstərərək, müştərilərin qəbulunu təşkil edir. Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların qorunmasını təmin edir və onları müəyyən edilmiş müddətlərdə arxivə verir.

Bilməlidir:
• Kargüzarlığın aparılması üzrə müddəa və təlimatları;
• Müəssisənin, onun bölmələrinin rəhbərlik edici tərkibi;
• Orforqrafiya və punktuasiya qaydaları;
• Nümunə formalarından istifadə etməklə müxtəlif sənədlərin çap edilməsi qaydaları;
• Təşkilati texnikanın istismarı qaydaları;
• Daxili əmək intizamı qaydaları;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.
Kvalifikasiya tələbləri:
• Ali təhsil;
• Kompyuter biliyinə sahib olmalıdır
• Xoş görünüşlü xanımlar
• Komandada işləmək bacarıgı
• Azerbaycan, Rus və qismən də İngilis və Türk dilini bilməlidir
• Ofis proqramlarını bilməli
• Məsuliyyətli, punktual.
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

3). AŞPAZ .


Vəzifəsi: aşbaz

Sahə: Mətbəx

Vəzifə borcu:

• Müxtəlif çeşidli – şorba, toyuq, ət yeməklərinin hazırlanması və iki çeşid üzrə əlavə.
• Müxtəlif növ yarımfabrikatlar, şirniyyat və un məmulatlarının hazırlanması və alınan xammalın çeşidlənməsi.
• İkinci yemək üçün müxtəlif qarnir və əlavələrin hazırlanması.
• İsti və soyuq içkilərin hazırlanması (çay, kofe, kompot, şirə).
• Yeməklərin bölüşdürülməsi.
• Alınan xammalın yerbəyer edilməsi və onların orqanoleptik göstəriçilərin təyin edilməsi.
• Mexaniki və ölçü cihazlarla, qızdırıcılara qulluq və düzgün istifadə edilməsi.

Bilməlidir:
• Ət və balıqdan hazırlanan əsas yeməklərin hazırlanma qaydası;
• Alınan xammalın və yarımfabrikatların istifadəsinə dairqoyulan tələblər.
• Mexaniki alətlər, qızdırıcılar və ölçü cihazları ilə işləyərkən texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Kvalifikasiya tələbləri:
• 3 ildən az olmayaraq iş stajı;
• Təmizkar
• Orta ixtisas
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

4). YARDIMÇI FƏHLƏ (MƏTBƏX) .

Vəzifə: yardımcı fəhlə (mətbəx)

Sahə: mətbəx

Vəzifə borcu:

• Müxtəlif növ yeməklərin və digər məhsulların hazırlanmasınada yardım edir.
• Kartof, meyvə, tərəvəz, quru ərzaqlar, göyərtinin növlərə ayrılması, mexanki təmizlənməsi və yuyulması, çörəyin, kartofun, tərəvəzin, göyərtinin doğranması.
• Ətin, toyuğun, balığın donunun açılması
• Qızdırıcı cihazlardan istifadə bacarığı, suyun qaynadılması və s.

Bilməlidir:
• Xammal və məhsulların ilkin emalını
• Yarımfabrikatlara qarşı irəli sürülən tələbləri
• Çörəyin doğranması qaydalarını
• Təmizlənmiş məhsulların saxlanma qaydalarını
• Kəsici əşyalarla və qızdırıcı cihazlarla iş zamanı texniki təhlükəsizlik üzrə qaydaları.
• Sanitar qiqiyena qaydalarını

Kvalifikasiya tələbləri:
• Orta təhsili;
• 3 aydan az olmayaraq iş stajı;
• Punktual, məsuliyyətli
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam
<< Əvvəlki Səhifə
 

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az