az ru en 
 
<< Əvvəlki Səhifə
Enerji təchizatı üzrə Mütəxəsislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). ENERJİ TƏCHİZATI və TƏMİR üzrə DİREKTOR MÜAVİNİ .

Vəzifə: Enerji təchizatı və təmir üzrə direktor müavini

Sahə: təmir sexi

Vəzifə borcu:

• Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsndə işləmə qabiliyyətində olmasını təmin edir.
• Avadanlığa baxış və onun profilaktik təmirləri planlarının işlənib hazırlnmasını təşkil edir, bu planları təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edir, istehsalın texniki hazırlığını təmin edir.
• Avadanlığın təmiri, təmir-istismar ehtiyaclarına materialların sərf edilməsi üzrə normativ materialların işlənib hazırlanması, ondan istifadə göstəricilərinin təhlili, təmirlərin aparılması üçün smetaların tərtibi, avadanlığın istismarı zamanı lazım olan material və ehtiyat hissələrinin alınması üçün sifarişlərin tərtibatına rəhbərlik edir.
• Təmirarası xidməti, vaxtında olan və keyfiyyətli təmiri, onun etibarlılığı və möhkəmliyinin artırılması üzrə işi, bina və qurğuların vəziyyəti, saxlanması, təmirinə texniki nəzarəti təşkil edir, təmir işlərinin yerinə yetirilməsi üçün materialların səmərəli istifadəsini təmin edir.
• İş yerləri, müəssisənin təchizat vasitələrinin texniki cəhətdən tamamilə yeniləşdirilməsi, ətraf mühitin mühafizəsi üzrə attestasiyada, istehsalatın effektivliyinin artırılması planlarının işlənib hazırlanmasında iştirak edir.

Bilməlidir:
• Avadanlığın, bina, qurğuların təmirinin təşkili üzrə materialları. İstehsalın enerji təminatının təşkilini.
• İstehsal gücünü, texniki, konstruktiv xüsusiyyətləri və avadanlığın iş rejimlərini, onlardan istifadə qaydalarını.
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını .

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 5 ildən az olmayaraq iş stajı
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

2). ENERJİ TƏCHİZATI üzrə DİREKTOR MÜAVİNİ .

Sahə: təmir sexi

Vəzifə borcu:

• Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsndə işləmə qabiliyyətində olmasını təmin edir.

• Avadanlığa baxış və onun profilaktik təmirləri planlarının işlənib hazırlnmasını təşkil edir, bu planları təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edir, istehsalın texniki hazırlığını təmin edir.

• Avadanlığın təmiri, təmir-istismar ehtiyaclarına materialların sərf edilməsi üzrə normativ materialların işlənib hazırlanması, ondan istifadə göstəricilərinin təhlili, təmirlərin aparılması üçün smetaların tərtibi, avadanlığın istismarı zamanı lazım olan material və ehtiyat hissələrinin alınması üçün sifarişlərin tərtibatına rəhbərlik edir.

• İş yerləri, müəssisənin təchizat vasitələrinin texniki cəhətdən tamamilə yeniləşdirilməsi, ətraf mühitin mühafizəsi üzrə attestasiyada, istehsalatın effektivliyinin artırılması planlarının işlənib hazırlanmasında iştirak edir.

Bilməlidir:
• Avadanlığın, bina, qurğuların təmirinin təşkili üzrə materialları. İstehsalın enerji təminatının təşkilini.
• İstehsal gücünü, texniki, konstruktiv xüsusiyyətləri və avadanlığın iş rejimlərini, onlardan istifadə qaydalarını.
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını .

Kvalifikasiya tələbləri:
• Ali texniki təhsili;
• 5 ildən az olmayaraq iş stajı;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

3). ELEKTRONÇU .


Vəzifəsi: Elektronçu

Sahə: təmir sexi

Vəzifələri:

• Düzgün texniki istifadəni, elektron avadanlığın müntəzəm işini təmin edir.
• Avadanlığın iş qrafiklərinin, texniki xidmət və avadanlığın təmirinin, istismarın yaxşılaşdırılması, brak və boş dayanmaların qarşısının alınması, iş keyfiyyətinin artırılması, texnikadan effektiv istifadə üzrə tədbirlərin hazırlanmasında iştirak edir.
• Maşınların işə hazırlanmasını, ayrı-ayrı detalların texniki baxışını həyata keçirir, avadanlığın elektron elementlərinin parametrlərinə və etibarlılığna nəzarət edir, qüsurların aşkar edilməsi məqsədilə yoxlamalar aparır, onları aradan qaldırır.
• Radioelektron aparatlar və blokların, ayrı-ayı qurğu və detalların sazlanmasını icra edir.
• Elektron texnikasına texniki xidməti təşkil edir, onun səmərəli istfadəsini, işləmə
qabiliyyətini təmin edir, cari və profilaktik təmirin aparılmasını təşkil edir.
• Elektron texnikasının ehtiyat hissələri və materiallarla vaxtında təmin edilməsinə nəzarəti həyata keçirir, radioelektron aparatların saxlanmasını təşkil edir.

Bilməlidir:
• Elektron texnikasının istismarı və təmirinə dair rəhbər və normativ materialları;
• Avadanlığın təyinatı və iş recimlərini, onun texniki istismar qaydalarını, təmir xidmətinin təşkilini, avadanlıq üçün sifarişlərin təritib edilməsi qaydasını;
• Ehtiyat hissələrini, istehsalın təşkili əsaslarını, əməyin mühafizəsi, texnki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 3 ildən az olmayaraq iş stajı
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

4). ELEKTRİK.


Vəzifə: Elektrik

Sahə: təmir sexi

Vəzifə borcu:

• Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərilməsi.
• İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılması.
• İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsi.
• Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloci prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsi.
• Yarımstansiyanın elektrik avadanlığının, texnolci maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanması və qüsurların aradan qaldırılması.
• Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərilməsi.
• Elektromaqnit idarəetmə sistemli, cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsi.
• 1000V-dan çox gərginliyi götürmədən paylaşdırıcı qurğularda işlərin icrası.
• Müxtəlif recim və yüklərdə Fi kosinusun yaxşılaşdırılması üzrə hesablamaları yerinə yetirməklə tədbirlərin işlənib hazırlanması.

Bilməlidir:
• Telemexanika və elektronikanın əsaslarını.
• Müxtəlif elektrik maşınları, aparatlar, ölçü, avtomatik tənzimləmə və telemexanika cihazlarının qurulmasını və elektrik sxemlərini.
• Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin təcrübədən keçməsi metodlarını.
• Xidmət göstərilən obyekt və ya sahənin tam elektrik sxemini.
• Mürəkkəb elektrik cihazlarının, civə düzləndiriciləri və aparatların, həmçinin avtomatik tənzimləmə cihazlarının sazlanması və təmiri qaydalarını.
• Çeviricilərin, maşın və lampa generatorlarla olan yüksək tezikli qurğularn iş prinsipləri.
• Fi kosinusun yüksəldilməsi üçün statik kondensatorlarda tələbatın hesablanması.
• Nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydaları.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə təhsil
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

5). ELEKTRİK AVADANLIQLARININ TƏMİRİ üzrə ELEKTRİK MONTYORU .


Vəzifə: Elektrik avadanlığının təmiri üzrə elektrik montyoru

Sahə: təmir sexi

Vəzifə borcu:

• 10 kV qədər gərginlikdə elektrik maşınlarının və elektrik avadanlıqlarının sökülməsi, orta təmiri, yığılması, quraşdırılması və mərkəzə uyğunlaşdırılması.
• Böyük qrup lövhələrin və mürəkkəb metal konstruksiyaların elektrik aparatları və elektrik cihazlar üçün hazırlanması, montacı və quraşdırılması.
• Lüminessensiya işıqlandırması qeyri-mürəkkəb sxemlərinin montacı və təmiri.
• 10 kV qədər gərginlikli kabelin açılması, düzəldilməsi, frazirovkası, çəkilməsi
• Diyirlənmə v sürüşmə yataqlarının dəyişilməsi.
• Sürüşmə yataqlarının doldurulması və yenidən doldurulması
• Partlayış təhlükəsi olmayan armaturun təmiri, doldurulması və quraşdırılması
• Ary-ayrı hissə və detalların dəyişilməsi, defekt və qüsurların aradan qaldırılması ilə 35 kV qədər izolyasiya sinfi ilə soba, qaynaq, yağ və ölçü transformatorlarının tam təmiri.
• Dolaqların, transformatorların, kabellərin çıxış və girişlərinin izolyasiyası müqavimətinin 2500 V-dan yuxarı gərginlikdə meqommetrlə yoxlanması və ölçülməsi.

Bilməlidir:
• Elektrotexnika barədə anlayışı;
• Sabit və dəyişkən cərəyan elektrik maşınlarının, elektrik müşhərriklərinin quraşdırılmasını;
• Müxtəlif elektrik materilallarının növlərini, onların xassələrini və təiynatını;
• Buraxıcı və tənzimləyici qurğuların, kontaktlarının qoruyucuları və kontrollerlərin (aparat) konstruksiyası və təiynatını;
• Elektrik maşınları, elektrik aparatları və elektrik cihazlarının təmiri v montacı qayda üsullarını.

Kvalifikasiya tələbləri:
• Orta ixtisas təhsili;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam
<< Əvvəlki Səhifə
 

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az