az ru en 
Təbii Nar Şirəsi

“4u” nun yeni seriyasından bir-başa sıxılma yolu ilə alınan 100% təbii nar şirəsi Azərbaycan Respublikasının Göyçay rayonunda təbii nar dənələrindən hazırlanır. Beynəlxalq ekspertizanın rəyinə görə Göyçay narının növü dünyada birinci yerdədir.
Nar şirəsi: bir-başa sıxılma yolu ilə alınır və çox xeyirli xassələri ilə fərqlənir: damarlardakı tonusu qaldırır. “Pis” xolesterini “yaxşı” xolesterinlə əvəz edir. Qanı oksigen ilə zənginləşdirən hemoqlabinin miqdarını tez bir müddətdə artırır. Dəri və daxili orqanlarının (qara ciyər, böyrək , dalaq, qalxanvarı və prostat vəzilərinin) işləməsinə köməklik göstərir.
“4u” nar şirələrini digərlərindən fərqləndirən əsas cəhət odur ki, onlar təbii nar dənələrindən sıxılır, yarım fabrikat kimi saxlanılması qısa müddətlidir. Bu şirələr konservantsız və qatqısızdır. Nəbii nardan sıxılmış şirə bütün texnoloji proseslərdən sonra həmin gün steril vəziyyətdə “Tetra-Pak” qutularına qablaşdırırlır. “4u” nar şirələrini istehsal edən texnologiya onların 100%-lik təbii olmasına zəmanət verir.


Təbii Zoğal Şirəsi

“4u” nun yeni seriyasından bir-başa sıxılma yolu ilə alınan 100% təbii zoğal şirəsi. Zoğal şirəsinin hazırlanması üçün Azərbaycan Respublikasının ən yaxı meyvə bağçaları və plantatsiyalarından təzə və təbii zoğal dənələri yığılır. "4u" nun yeni seriyasından olan təbii zoğal şirəsinin bir sıra xeyirli xassələri vardır. Meyvə şirəsinin qanın azlığı zamanı qantörədici xassəsi var, mədə-bağırsaq sisteminin iltihabı xəstəliklərinin, vitamin çatışmazlığının, qızılca, qrip, inağ ,raxit, angina kimi xəstəliklərin müalicəsində böyük rol oynayır. Həmçinin "4u" nun seriyasından olan 100% təbii zoğal şirəsi , vərəmin , bel ağrıların,qulaqda şişin dadlı müalicəsidir.

Təbii Heyva Şirəsi

Azərbaycan Respublikasının Göyçay rayonunda yetişdirilmiş "4u" nun seriyasından olan 100% təbii heyvə meyvəsi birbaşa sıxılma yolu ilə istehsal olunur. Heyva şirəsi zərif, xoş dada və qoxuya malikdir. Bir sıra xeyirli xassələri var və mədə - bağırsaq xəstəliklərinə, həmçinin soyuqdəymənin müalicəsinə kömək edir. Bundan əlavə olaraq heyva şirəsi isti havalarda susuzlugun qarşını alır.
Heyva ilə qidalanan zaman psixikaya xoş təsir edir, gümrahlaşdırıcı xassəsi var, əhval-ruhiyyəni yaxşılaşdırır, pis fikirlərdən və baş ağrılarında uzaqlaşdırır, ürəyi, qaraciyəri və mədəni möhkəmləndirir, iştahı artırır, ağızda olan pis qoxunun qarşısını alır. Həmçinin heyva, ürək döyüntüsünə, gözəl təsir göstərir. Birbaşa sıxılma yolu ilə istehsal olunan 100% təbii heyva şirəsi qan dövranının yaxşılaşmasına da, yardımcı ola bilir.

“4u” seriyasından olan heyva şirəsi sıxıldıqdan sonra, bütün texnoloji proseslərdən keçir və elə həmin günü “Tetra-Pak” paketlərinə tökülür. Bütün “4u” seriyasından olan şirələrinin bu texnologiyanın hesabına 100% təbii olduğu sığortalanıb.


Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az