az ru en 
"Sevimli Dad" Gəncə Dovğası 2 L

Milli Azərbaycan mətbəxinə məxsus yeməklərdən biri də dovğadır.
Əsasən qatıq və göyərtidən ibarət olan dovğa, müxtəlif rayonlarda, müxtəlif üsullarla və tərkibdə bişirilir.
Dovğanın ən məşhuru və əksəriyyət tərəfindən daha çox bəyəniləni isə Gəncə dovğasıdır.
“Milk-Pro” şirkətinin təqdim etdiyi Gəncə dovğası Azərbaycan süfrəsinin mirvarisi olan bu təkrarolunmaz məhsulun bütün özəlliklərini özündə daşıyır.
Nuş olsun!!!
Şirkətin baş texnoloqu, Hürü xanım Ələskərova

"Sevimli Dad" Dovğa 1L

Şirkətimizin populyar məhsulu olan "SEVİMLİ DAD" dovğası istehsal olunaraq ev qadınlarını mətbəx plitəsinin qarşısında artıq vaxt itirməkdən azad edir. Şirkətimizin Azərbaycanın bəzi rayonlarında sərgiləri zamanı dovğanın dequstasiyası keçirilirdi. Bu zaman“Sevimli - Dad” dovğasının evdə bişirilən dovağadan özünəməxsus dadı ilə fərqləndiyi aydın oldu. Bunun səbəbi keyfiyyətli süd və Gəncə şəhərindən gətirilən 12 adda göyərtinin əlavəsi olmuşdur. “Sevimli - Dad” dovğası yeni istehsalat texnologiyası ilə istehsal olunur və bütün ailə üçün nəzərdə tutulur. Adı çəkdiyimiz məhsulun yağlılığı 2.6%. saxlama müddəti 10 gündür.

"SEVIMLI DAD" Ayran 1 L

Ayran - Azərbaycanın milli içki növüdür, həmçinin orta Asiyada da geniş yayılıb. 4 il ərzində “Milk - Pro” MMC şirkəti 0.1% ayran istehsal edirdi ki, bu da alıcıların tələbini tam ödəmirdi. “Milk - Pro” MMC-nin istehsal etdiyi hazırki ayran əvvəlkilərdən 1.4 % yağlılığı ilə fərqlənir. Ayran “Sevimli Dad” yay aylarında əla sərinləşdirici içki növüdür. Tərkibi vitamin ilə zəngindir və ağır yeməkdən sonra həzm prosesini yaxşılaşdırır. Ayran "SEVİMLİ DAD" yüksək keyfiyyətli üzlü süddən istehsal olunduğu üçün çox dadlıdır. Karton paketlərə qablaşdırılır. +6...+8 Dərəcə Selsi temperaturda saxlama müddəti 14 gündür.

"Sevimli Dad" Laban 1 L

Laban "SEVİMLİ DAD" təbii süddən hazırlanmış ləzzətli bir ərəb ayranıdır. Mədə-bağırsaq sistemini düzgün çalışdırır və ürək – damar sistemi üçün də çox faydalıdır.Yağlılığı 1.4%, saxlama müddəti 14 gündür.

"Sevimli Dad" Doyran 1L

Doyran "SEVİMLİ DAD" - alıcılara sərinləşdirici, hamının sevdiyi “doğramac” içkisi kimi təqdim olunur. Doyran kefirdən, təzə xiyardan, gör-göyərti və s. hazırlanır. Sərin halda içmək məsləhət görülür. Yağlılığı 1.4%, saxlama müddəti 8 gündür.

"Sevimli Dad" Dovğa 0.3 L

Alıcıların istəyini nəzərə alaraq dovğa daha rahat və balaca (0.3 litrlik) plastik qablara doldurulur və yüngül naharı əvəz edir. Yağlılığı 2.6%dir. Saxlama müddəti 14 gündür.

"SEVIMLI DAD" Ayran 0.3 L

Ayran "SEVİMLİ DAD" xarici avadanlıqların hesabına daha balaca və rahat 300 qr-lıq qablaşdırmada alıcılara təqdim olunur. Yağlılığı 1.4%, saxlama müddəti 14 gündür.

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az