az ru en 
"Tilziter" Pendiri

Tilziter pendiri ənənəvi texnologiya ilə seçilmiş təbii inək südündən hazırlanır. İstehsalın bütün mərhələlərində keyfiyyətə güclü nəzarət sistemi vardır – xammalın alınmasından hazır məhsul istehsalına qədər. Son müasir laboratoriya daxil olan xammal və hazır məhsulun sürətli analiz etməyə imkan verir. Bizim texnoloqların yüksək peşəkarlığı, eləcə də yeni istehsal xətti bizim məhsullarımızın yüksək keyfiyyətə nail olmasına imkan verir. Milk-Pro pendiri qurmanları və dad bilicilərini fəth edib.
Yağlılıq dərəcəsi quru maddədə 45%.


"Qauda" Pendiri

Qauda pendiri seçilmiş təbii inək südündən hazırlanır. Şirkətinin mütəxəssisləri pendir istehsalı ənənəsini qoruyur. Pendirin hazırlanması klassik texnologiya uyğun yerinə yetirilir. Onun istehsalı üçün heç bir süni əlavələrdən və məhsulun yetişməsi prosesini sürətləndirən üsullardan istifadə olunmur.
Yağlılıq dərəcəsi quru maddədə 40%.


"Çanax" Pendiri

"Çanax" pendiri duzlu pendirlər qrupuna aiddir. Təbii pendir mayası və süd külturları əlavə olunan inək südündən hazırlanır. Pendir hazırlandıqdan sonra minimum 35 gün duzlu suda, xüsusi temperaturda yetişdirilir. "Çanax" pendiri 700 qr, 1 kq-lıq qablarda, həmçinin 7 kq-lıq dəmir qablarda istehsal olunur. Hazır pendirin əsas fiziki-kimyəvi göstəriciləri:
Yağlılıq dərəcəsi quru maddədə 47%-dən az olmayaraq.
Kütlədə rütubətin dərəcəsi 49%,
Kütlədə natrium duzunun dərəcəsi 5-7 %,
Saxlama müddəti 60 gündür.


Qaymaq "Kaunas" 25%

Qaymaq, təbii süddən separatsiya yolu ilə alınır. Pasterizə və qomogenizə olunur. Şirkətimiz bu növ qaymağın Azərbaycanda yeganə istehsalçısıdır Germetik stəkanlardadır. Saxlanma müddəti 10 gün.

"SEVİMLİ DAD" Ağ Pendir

"SEVİMLİ DAD" Təzə yumuşaq ağ pendir, incə teksturalı olub. pikant dada malikdir. Rahat konteyner pendiri təzəliyini əla saxlayır (pendir qurumur, dadı və rəngi dəyişmir) və məhsula xoş görünüş verir. Həmçinin pendir 3.5kq-lıq dəmir qabda da istehsal olunur.
Tərkibi: Təbii pendir mayası və süd kulturları əlavə olunan inək südü. +60C temperatur şəraitində saxlama müddəti 90 gündür.


Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az