az ru en 
 
<< Əvvəlki Səhifə
«Milk-Pro» süd məhsulları istehsal edən yeni zavod tamamlanıb.

07.02.2012 14:50:33

“Milk - Pro” MMC şirkəti süd emalı sahəsinin inkişafı üçün Bakı şəhərinin Hövsan qəsəbəsində süd məhsulları istehsal edən yeni zavod tiktirdi. Tikintinin ümumi sahəsi 8500 km2 –dir,ümumi zavodun sahəsi isə 5.8 ha təşkil edir. Zavod ən yeni avadanlıqlarla Türkiyə, İtaliya və s. Avrova ölkələrindən təmin olunub. Bu avadanlıqların köməyi ilə məhsulların keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması və istehsalın 2-3 dəfə artımı gözlənilir, nəticə etibarı ilə istehsal olunan məhsulun qiymətinin aşağı düşməsinə imkan yaranaacaq. Məhz bu nəticə “Milk - pro”MMC alıcılarının diqqətini daha çox cəlb edəcək.
Yeni Hövsan qəsəbəsindəki zavodun sayəsində biz, məhsulları yalnız daxildə deyil, həmçinin xarici bazarda da laiqincə ixrac edə bilərik. Zavoddakı təzə avadanlıqların köməyi ilə yeni növ, sarı pendir, krem pendiri, yoqurt və s. kimi məhsulların istehsalı da gözlənilir. Şirkətimiz artıq bəzi yeni məhsulları; laban, doyran, süd 2.5% istehsal edir. Onlar haqqında “məhsullar” bölümündə məlumat ala bilərsiniz.

<< Əvvəlki Səhifə
 

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az