az ru en 
 
“Milk Pro” MMC şirkətinin Kadrlar siyasəti

“Milk Pro” MMC şirkəti Azərbaycanın bütün bölgələrindən təcrübəli və ya heç təcrübəsi olmayan namizədləri işə dəvət edir!
Namizədlərdən tələblərimiz: məsuliyyətli, dürüst, işgüzar, intellektual səviyyəyə və komandada işləmək bacarığına malik olmalıdırlar.
“Milk Pro” MMC ən mükəmməl işçilərə ehtiyacı var! Biz onların qeydinə qalır və professional inkişafı üçün əlimizdən gələni edirik.
Sizi maraqlandıran vakansiya üçün müraciət- "CV FORMASI"nı nı göndərə bilərsiniz.
Mühasibat üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). BAŞ MÜHASİB

Sahə: Mühasibatlıq

Vəzifə borcu:

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat ucotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim etdirilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
• Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyə...
Maliyyə və Satış üzrə mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). MALİYYƏ ÜZRƏ BAŞ MÜTƏXƏSİS.

Sahə: Maliyyə şöbəsi

Vəzifə borcu:

• Maliyyə hesabatlarının hazırlanması.
• Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
• Maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil edir.
• Maliyyə nizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsi qanununun təmin edilməsi işlərini görür.
• Maliyyə məsələləri, nəzarət, hesabat və iqti...
Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). MARKETİNQ üzrə DİREKTOR MÜAVİNİ.

Vəzifə: Marketinq üzrə direktor müavini

Sahə: ictimaiyyətlə iş üzrə departamenti

Vəzifə borcu:

• Marketinq üzrə direktor müavini müəssisənin marketinq strategiyasını və siyasətini həyata keçirir.
• O marketinq strategiyası və siyasətinin həyata keçirilməsi üzrə planların işlənib hazırlanması və tətbiqi ilə məşğuldur.
• Bazarın vəziyyətini, onu maraqlandıran məhsul və xidmətlərə tələb və təklifi öyrənir.
• Müəssisənin fəaliyyətinin həyat keçirildiyi sahə ilə bağlı birca fondları, müəssisələrin maliyyə vəziyyətinə nəzarət edir.
• Müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər, müəssisənin patnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlar aparır.
• Kütləvi informasiya vasitələrində reklamın yerləşdirilməsi, müxtəlif...
Daxili xidmət və Kadrlar üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS .

Vəzifə: Kadrlar üzrə mütəxəssis

Sahə: Kadrlar şöbəsi

Vəzifə borcu :

• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən süəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətlərin verilməsi və s. İşləri yerinə yetirir;
• İşçilərin şəxsi işlərini aparır, formalaşdırır;
• Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
• Müəssisə, idarə və təşkilatların kadrlara olan tələbatı haqqında lazımı yerlərə məlumat verir;
• İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlayır, attestasiya komissiyalarına işində bilavasitə iştirak edir;
• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu ap...
İstehsalat üzrə Mütəxəsislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). CƏKİB-BÜKÜCÜ-QABLAŞDIRICI AVTOMATININ OPERATORU.

Sahə: İstehsalat sexi

İşin xüsusiyyəti:

3-cü dərəcə:
• Dozalaşdırıcı, ölcüçü, cəkici, tələb olunan həcmdə və ya sayda məhsulu (əmtəəni) ayıran qurğuları olan cəkib-bükücü-qablaşdırıcı maşın,avtomat və yarımavtomatlarda verilmiş həcmdə, kütlədə və sayda müxtəlif növ bərk, pasta şəkilli, dənəvər və tək-tək məhsul (əmtəə) və məmulatların cəkilib-bükülməsi və qablaşdırılması prosesinin aparılması.
• Məhsulun (əmtəənin) porsiyalarla hazır paketlərə, qutulara, kisələrə və s. avtomatik qablaşdırılması.
• Paketlərin, kisə və qutuların tikilməsi və etiketlərin yapışdırılması (bükülməsi).
• Dozalaşdırıcı qurğunun bunkerinə məhsulun yüklənməsi.
• Dolayıcı-bükücü materialların-kağızın,perqamentin,folqanın,sellafonun və digər bükücü mater...
Enerji təchizatı üzrə Mütəxəsislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). ENERJİ TƏCHİZATI və TƏMİR üzrə DİREKTOR MÜAVİNİ .

Vəzifə: Enerji təchizatı və təmir üzrə direktor müavini

Sahə: təmir sexi

Vəzifə borcu:

• Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsndə işləmə qabiliyyətində olmasını təmin edir.
• Avadanlığa baxış və onun profilaktik təmirləri planlarının işlənib hazırlnmasını təşkil edir, bu planları təsdiq edir və onların yerinə yetirilməsinə nəzarət edir, istehsalın texniki hazırlığını təmin edir.
• Avadanlığın təmiri, təmir-istismar ehtiyaclarına materialların sərf edilməsi üzrə normativ materialların işlənib hazırlanması, ondan istifadə göstəricilərinin təhlili, təmirlərin aparılması üçün smetaların tərtibi, avadanlığın istismarı zamanı lazı...
Təmir Texnoloji avadanlıqlar və Texniki işlər üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). TEXNOLOJİ AVADANLIQLAR üzrə DİREKTOR MÜAVİNİ.

Vəzifə: Texnoloji avadanlıqlar üzrə direktor müavini

Vəzifə borcu:

• İstehsalatın texniki səviyyəsinin yüksəldilməsinə, əməyin məhsuldarlığının artırılmasına, ağır əl əməyi xərclərinin azadılmasına, məhsulun maya dəyərinin azaldılmasına, keyfiyyətinin yaxşılaşdırılmasına və buraxılışının artırılmasına, əverişli və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə imkan yaradan istehsalat proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrinin işlənib hazırlanması və tətbiqini təşkil edir.
• İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması perspektiv və illik planlarının və istehsalın səmərəliliyinin artırılması planlarının tərtib edilməsinə, müəssisənin rekonstruksiyası və təchizat vasitələrini...
Keyfiyyət və Analiz ürə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). KEYFİYYƏT üzrə MÜTƏXƏSSİS.

Vəzifəsi: Keyfiyyət üzrə mütəxəssis

Sahə: laboratoriya

Vəzifə borcu:

• Müəssisənin buraxdığı məhsulların keyfiyyətinə nəzarətin aparılmasını, standart və texniki şərtlərin nümunələrlə və texniki sənədlərlə təsdiq edilmiş tələblərinə, göndərmə və müqavilələrin şərtlərinə uyğun olaraq işərin yerinə yetirilməsi üzrə, həmçinin istehsalat intizamının möhkəmləndirilməsi, məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlər təşkil edir.
• Müəssisəyə daxil olan ehtiyatların yoxlanmasını, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını, həmçinin istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun istehlakçılara göndərilənə qədər müəssisənin bölmələrində və anbarlard...
Nəqliyyat və Daşınma üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). EKSPEDİSİYA MÜDİRİ.

Vəzifəsi: Ekspedisiya müdiri

Sahə: Təchizat və satış şöbəsi

Vəzifə borcu:

• Müəssisədə ekspedisiya işlərinə rəhbərlik edir.
• Daxil olan yüklərin, sənədlərin qəbulunu, emalını və təyin olunmuş yerlərə yola salınmasını və vaxtında çatdırılmasını təşkil edir.
• Ekspedisiya işçilərinin lazımı nəqliyyat vasitələri, mexaniki vasitələr, inventar və avadanlıqlarla təmin olunması və onlardan düzgün istifadə edilməsi üzrə tədbirlər görür.
• Yükləmə-boşaltma işinin aparılmasına, yüklərin qoyulub-yerləşdirilməsinə, qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.
• Ekspedisiya işçilərinə rəhbərlik edir.
• .Müşaiyətedici sənədlərə müvafiq olaraq taranın və əşyaların mövcudluğunun yoxlanılmasında iştirak edir, çatışmayan və xarab olan yüklər ...
Mühafizə və Təhlükəsizlik üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). MÜHAFİZƏ üzrə DİREKTOR MÜAVİNİ .

Vəzifə: Mühafizə üzrə direktor müavini

Vəzifə borcu:

• Müəyyən edilmiş qaydaya və etibarlı rəhbər sənədlərə müvafiq olaraq müəssisənin mühafizə şöbəsinin işinin təşkili.
• Buraxılış reciminə riayət edilməsini təmin edir və curnalda qeydlərin aparılmasının düzgünlüyünə nəzarəti həyata keçirir.

Bilməlidir:
• Buraxılış reciminin təşkili üzrə müddəalar, təlimatlar və digər rəhbər materiallar və onun personalının iş recimi.
• Bütün personalın daxili nizam qaydaları
• Müəssisə ərazisinə qonaqları, müştəriləri və b. içəri salmaq hüququna malik olan şəxsləri.
• Zahiri müşahidə sistemini, növbə vaxtı idarəetmə, qurma və təxirəsalınmaz təmir üsullarını.
• Siqnalizasiyaya kodu, yəni müəssisənin siqnalizasiyasının aktivləşdirmə və ...
 

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az